Ərdoğan HƏMAS lideri İsmayıl Haniyə ilə telefonda danışıb
Qeyd olunub ki, danışıq zamanı Qəzzada son vəziyyət müzakirə olunub.
Prezident Ərdoğan Türkiyənin humanitar yardımın Qəzzaya çatması və lazım gəldikdə yaralıların Türkiyədə müalicə oluna bilməsi üçün səy göstərdiyini, bölgədə atəşkəsin ən qısa zamanda təmin olunması istiqamətində çalışdığını bildirib.
Ölkə başçısı, həmçinin 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin probleminin qalıcı həllinin mümkün olmadığını, Türkiyənin daimi sülh üçün beynəlxalq arenada mübarizəyə davam edəcəyini vurğulayıb.
AzVision.az