İsrail Suriya hava limanlarına zərbələr endirdi

   İsrail Suriya hava limanlarına zərbələr endirdi
  22 Oktyabr 2023    Oxunub:1227
İsrail Dəməşq və Hələb hava limanlarına zərbələr endirib. Nəticədə paytaxt hava limanının bir əməkdaşı həlak olub, digəri isə yaralanıb. Bu barədə Suriyanın SANA agentliyi hərbi mənbəyə istinadən xəbər verir.
Hücumun Qolan təpələrindən həyata keçirildiyi qeyd edilir. Hadisə nəticəsində uçuş-enmə zolaqları zədələnərək yararsız hala düşüb.

Xatırladaq ki, Suriyanın iki hava limanını sıradan çıxaran oxşar hücum oktyabrın 12-də də həyata keçirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti