İsrail ordusu HƏMAS-ın elit bölməsinin bir üzvünün məhv edib

   İsrail ordusu HƏMAS-ın elit bölməsinin bir üzvünün məhv edib
  22 Oktyabr 2023    Oxunub:1267
İsrail Müdafiə Qüvvələri HƏMAS-ın elit Nuxba bölməsinin bir üzvünü məhv etdiyini bildirib.
“Dünən İsrail Müdafiə Qüvvələri İsrail ilə Qəzza zolağı arasında təhlükəsizlik hasarının olduğu ərazidə iki yaraqlı, bir Nuxba döyüşçüsü və bir neçə digər terrorçunu məhv edib”, - ordunun teleqram kanalında yayılan məlumatda deyilir.

Qeyd olunur ki, İsrail qırıcıları Qəzza zolağında HƏMAS-ın onlarla hədəfinə də zərbələr endirib. Gün ərzində onlarla tunel, komanda mərkəzləri və komanda məntəqələri kimi istifadə edilən məscidlərə hücum edilib.

Şahanə Rəhimli

AzVision.az



Teqlər:





Xəbər lenti