Şolts yəhudi baş geyimində - FOTO

   Şolts yəhudi baş geyimində -    FOTO
  22 Oktyabr 2023    Oxunub:1110
Almaniya kansleri Olaf Şolts Dessau şəhərində yeni sinaqoqun açılışına yəhudi kipası taxaraq gəlib.
Foto onun “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

O yazıb ki, hakimiyyət sinaqoqun dağıdılmasından 85 il sonra boşluqları doldurur.

“Yəhudilərin həyatı Almaniyanın bir hissəsi olub və belə olaraq da qalır”, - kansler qeyd edib.

O, Almaniyada antisemitizmə və nifrətin qızışdırılmasına yer olmadığını və Almaniyanın “hər yerdə və həmişə” yəhudilərin həyatını qoruyacağını vurğulayıb.



AzVision.az


Teqlər:





Xəbər lenti