Gürcüstanda din xadimləri əsgərliyə məcburi aparılacaq
Qanun layihəsinə əsasən, din xadimləri də həqiqi hərbi xidmətə cəlb olunacaqlar. Sənəddə deyilir ki, pravoslav din xadimləri istisna olmaqla, bütün digər dini icmaların nümayəndələri məcburi hərbi xidmətə çağırılacaq. Bundan əlavə, “Qirçi” siyasi partiyasının təsis etdiyi “İncil azadlığı”nın tərəfdarları da hərbi xidmətdən yayına bilməyəcəklər.
Məcburi hərbi xidmətin bir il müddətinə təxirə salınması üçün çağırışçı dövlətə 5 min lari vəsait ödəyəcək.
AzVision.az
Teqlər: