Misir Qəzzaya yardım göndərməyi planlaşdırır

Misir Qəzzaya yardım göndərməyi planlaşdırır
  22 Oktyabr 2023    Oxunub:1609
Oktyabrın 23-də Misirdən Qəzza bölgəsinin sakinləri üçün humanitar yardım daşıyacaq 40 yük maşınından ibarət karvanın göndərilməsi planlaşdırılır.
B barədə “Əl-Qahira əl-İhbariyyə” telekanalı məlumat yayıb. Bildirilib ki, bazar ertəsi Misirin Qəzza bölgəsi ilə sərhəddə yerləşən Rəfah keçid məntəqəsi humanitar yüklərin çatdırılması üçün yenidən açılacaq.

Daha əvvəl telekanal sərhəd ərazisində partlayış səslərinin eşidildiyini bildirmişdi. “Al Youm As-Sabiya” portalının məlumatına görə, İsrail Ordusu səhvən Misir sərhədi yaxınlığına atəş açıb və nəticədə avtomobillərin keçidi dayandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti