Tramp dünyanın ən təhlükəli paytaxtının adını açıqladı

Tramp dünyanın ən təhlükəli paytaxtının adını açıqladı
  23 Oktyabr 2023    Oxunub:817
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonu dünyanın ən təhlükəli paytaxtı adlandırıb.
Bu barədə o, “Truth Social”dakı səhifəsində yazıb. Tramp prezident seçiləcəyi təqdirdə, şəhəri təmizləyəcəyini, təmir edəcəyini və yenidən quracağını vəd edib.

Bundan əvvəl eks-prezident Amerikanın hazırkı lideri Cozef Baydenin administrasiyasını miqrasiya siyasətinə görə tənqid edərək deyib ki, nəticədə ABŞ “zibilxanaya” çevrilib. Siyasətçi qeyd edib ki, Amerika şəhərləri evsiz insanlar, narkomanlar və zorakı cinayətkarlarla doludur.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Tramp 2022-ci ilin noyabrında prezidentlik uğrunda mübarizə aparacağını açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti