ABŞ vətəndaşlarına dərhal Livanı tərk etməyi tövsiyə edib

   ABŞ vətəndaşlarına dərhal Livanı tərk etməyi tövsiyə edib
  23 Oktyabr 2023    Oxunub:816
ABŞ səlahiyyətliləri öz vətəndaşlarına “gözlənilməz təhlükəsizlik vəziyyəti səbəbindən” dərhal Livanı tərk etməyi tövsiyə edib.
Bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir. Sənəddə qeyd olunur ki, Livandakı ABŞ vətəndaşları gözlənilməz təhlükəsizlik vəziyyətinə görə dərhal ölkəni tərk etməlidirlər.

"Dövlət Departamenti ABŞ vətəndaşlarına Livana səyahət etməməyi şiddətlə tövsiyə edir. Biz Livandakı ABŞ vətəndaşlarını hazırda kommersiya variantları ilə ölkəni tərk etmək üçün müvafiq tədbirlər görməyə çağırırıq”, - deyə məlumatda vurğulanır.

Belə ki, Amerikanın xarici siyasət idarəsi öz vətəndaşlarına Beyrut Beynəlxalq Hava Limanından reyslərlə ölkədən uçmağı tövsiyə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti