Paşinyan: "Ümid edirəm köçkünlər 2 aya iş tapacaqlar"

   Paşinyan:    "Ümid edirəm köçkünlər 2 aya iş tapacaqlar"
  23 Oktyabr 2023    Oxunub:1183
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan könüllü şəkildə çıxmış emənilərə yeni maliyyə dəstəyi ilə bağlı proqramı açıqlayıb.
Paşinyanın sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilir ki, icarəyə və kommunal xidmətlərə görə əvvəlcədən elan edilmiş kompensasiyadan əlavə, hər bir köçkün dövlətdən daha 50 min dram alacaq.

Həmçinin yaxın günlərdə onların mənzillə təmin olunması üçün uzunmüddətli dəstək tədbirləri ilə bağlı müzakirələrə başlanılacaq. Bu tədbirlər Ermənistan vətəndaşları üçün nəzərdə tutulan oxşar proqramlarla mümkün qədər birləşdiriləcək.

"Ümid edirəm ki, Qarabağdan köçkün düşmüş bacarıqlı qardaş və bacılarımız yaxın iki ay ərzində Ermənistanda iş tapacaqlar", - o yazıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti