Yaponiya Rusiya ilə sülh bağlamaq istəyir

Yaponiya Rusiya ilə sülh bağlamaq istəyir
  23 Oktyabr 2023    Oxunub:1001
Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamaq istiqamətindəki kursunu davam etdirəcək.
Bunu ölkənin baş naziri Fumio Kisida deyib. “Biz ərazi probleminin həllinə və sülh müqaviləsinin imzalanmasına yönəlmiş siyasətimizi davam etdirəcəyik”, - deyə siyasətçi vurğulayıb. Onun sözlərinə görə, Yaponiya-Rusiya münasibətləri “çətin vəziyyətdədir”.

Parlamentin aşağı palatasının plenar iclasındakı bütün proqram çıxışında baş nazir yalnız bir dəfə Rusiya-Yaponiya münasibətlərini xatırladıb. Yaponiya Nazirlər Kabinetinin rəhbəri çıxışında Rusiyanın Ukraynadakı hərəkətlərini də tənqid edib.


AzVision.az


Teqlər:





Xəbər lenti