Livan aviaşirkəti təyyarələrini Beyrutdan çıxarır
Şirkətin prezidenti Mohammed Al-Haut, şirkətin 22 təyyarəsindən yalnız səkkizinin bu həftə Beyruta uçacağını, qalanlarının isə digər hava limanlarına köçürüləcəyini söyləyib. Təyyarələrin bir qismi də Omana gedəcək. Yeddi təyyarə adi qaydada Beyrut hava limanına uçmağa davam edəcək.
Aviaşirkət sədrinin sözlərinə görə, müharibə riskləri üzrə sığorta təminatı təxminən 80% azalıb: “Lakin bizim prioritetimiz Livan və dünyanın qalan hissəsi arasında əlaqəni təmin etməkdir. Livanda hava limanına mümkün hücumla bağlı əlimizdə heç bir məlumat yoxdur, mənbələr hərbi əməliyyatların döyüş qaydaları çərçivəsində və yalnız Livanın cənubunda qalacağını bildirir”.
AzVision.az
Teqlər: