ABŞ-dan Rusiya, İran və Çinin ittifaqına sərt münasibət

ABŞ-dan Rusiya, İran və Çinin ittifaqına sərt münasibət
  23 Oktyabr 2023    Oxunub:1672
Rusiya, İran və Çin arasındakı ittifaq “şər oxu”dur və ABŞ üçün birbaşa təhlükədir.
Bunu ABŞ Konqresinin senatoru Mitc Makkonnell "Fox News"a verdiyi müsahibədə deyib. O, dünyanın bir çox cəhətdən “qlobal təhlükə” ilə üzləşdiyini qeyd edib.

“Biz ABŞ üçün təhlükə yaradan real həyat şərtlərinə cavab verməliyik. İranlılar da bizə təhlükə yaradırlar. Beləliklə, bu fövqəladə vəziyyətdir. Bu şər oxuna - Çin, Rusiya, İrana qarşı addım atmağımız və mübarizə aparmağımız fövqəladə haldır, çünki bu, Birləşmiş Ştatlar üçün təhlükədir".

Onun fikrincə, dünya Yaxın Şərqdə terror təhlükəsi və Avropada tamhüquqlu hərbi əməliyyatlarla üst-üstə düşən “böyük güc rəqabəti” ilə üz-üzədir. Senator qeyd edib ki, kulminasiya nöqtəsi HƏMAS-ın İsrailə hücumu olub.

AzVision.az


Teqlər:





Xəbər lenti