ABŞ İrandan HƏMAS-a “silah göndərməyi dayandırmağı” tələb edib

   ABŞ İrandan HƏMAS-a    “silah göndərməyi dayandırmağı”    tələb edib
  23 Oktyabr 2023    Oxunub:1137
Vaşinqton BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinə HƏMAS qruplaşmasının oktyabrın 7-də İsrailə hücumunu pisləyən qətnamə layihəsinin mətnini təqdim edib.
AzVision.az “Reuters” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, İsrailin özünümüdafiə hüququ vurğulanan layihədə İrandan “milis və terror qruplaşmalarına” silah göndərilməsini dayandırmaq tələb olunur.

Həmçinin, mülki şəxslərin, o cümlədən təhlükəsiz yerə getməyə çalışanların qorunmasının vacibliyi və hökumətlərin “terror hücumlarına” cavab verərkən beynəlxalq hüquqa hörmətlə yanaşmalı olduqları qeyd edilir.

ABŞ-nin təklif etdiyi qətnamədə Qəzza bölgəsindəki müharibədə atəşkəs tələb olunmasa da, bütün girovların azad edilməsinin vacibliyi və Qəzzaya “davamlı, kifayət qədər və maneəsiz” humanitar yardımın göndərilməsinin zəruriliyi də vurğulanır.

“İran sülh və təhlükəsizliyi təhdid edən silahlı milislərə və terrorçu qruplara silah və (sursat və təchizat) göndərməyi dayandırmalıdır” , - qətnamədə deyilir.
AzVision.az



Teqlər: ABŞ   İran  





Xəbər lenti