O, bu birliyi ABŞ üçün birbaşa təhlükə adlandırıb. senator
Fox News-a verdiyi müsahibədə dünyanın bir çox mənada “qlobal təhlükə” ilə üzləşdiyini də qeyd edib.
“Biz ABŞ üçün təhlükə yaradan real həyat şərtlərinə cavab verməliyik. İranlılar da bizə təhlükə yaradırlar. Beləliklə, indiki durum fövqəladə vəziyyətdir. Bu "şər oxu"na - Çin, Rusiya, İrana qarşı addım atmağımız və mübarizə aparmağımız fövqəladə haldır. Çünki bu, Birləşmiş Ştatlar üçün birbaşa təhlükədir", - Makkonnell qeyd edib.
Onun fikrincə, dünya hazırda Yaxın Şərqdə terror təhlükələri və Avropada tamhüquqlu hərbi əməliyyatlarla üst-üstə düşən “böyük güclərin rəqabəti” ilə üz-üzədir. Senator qeyd edib ki, kulminasiya nöqtəsi HƏMAS-ın İsrailə hücumu olub.
Tural Tağıyev
AzVision.az