Koçaryan qalmaqallı fotosundan danışdı: "Nazir olanda "Syamo" demirdiniz"

   Koçaryan qalmaqallı fotosundan danışdı:  "Nazir olanda "Syamo" demirdiniz"
  23 Oktyabr 2023    Oxunub:1183
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan keçmiş qondarma rejimin "müdafiə naziri" işləmiş Samvel Babayanla olan yeni fotosundan danışıb.
O, İrəvanın mərkəzində jurnalistlərdən birinin çəkdiyi şəkili şərh edərkən Babayanın müdafiəsinə qalxıb.

“O (Samvel Babayan-red.) hərbi əməliyyatlara rəhbərlik edəndə heç kim ona “Syamo” ​​demirdi və əməliyyatların uğurlu aparılmasına görə onu qınamırdılar”, - Koçaryan qeyd edib.

Komissiya rəhbəri əlavə edib ki, Babayan Qarabağdakı vəziyyətlə bağlı qətnamə layihəsini təklif etsə də buna fikir verməyiblər.

Xatırladaq ki, müxalifəti təmsil edən jurnalist Vahe Makaryan öz bloqunda Andranik Koçaryanla Samvel Babayan və Qurgen Arsenyanın yüksək əhval-ruhiyyədə çəkildiyi gəzinti fotosunu paylaşmışdı. Yerli mediada gündəmə çevrilən bu foto və Koçaryanla Babayanın səmimi görüntüləri sərt şəkildə tənqid olunur.


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti