Conson: Rusiyanın “xüsusi hərbi əməliyyatı” ABŞ-ni Yaxın Şərqdə zəiflədib

      Conson:    Rusiyanın “xüsusi hərbi əməliyyatı” ABŞ-ni Yaxın Şərqdə zəiflədib
  23 Oktyabr 2023    Oxunub:1242
ABŞ-nin Mərkəzi Kəşfiyyat idarəsinin (CİA) sabiq əməkdaşı Larri Conson “Dialogue works” verilişində Rusiyanın Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”ın (XHƏ) Yaxın Şərqdə Vaşinqtonun mövqelərini zəiflətdiyini bildirib.
AzVision.az xəbər verir ki, sabiq kəşfiyyatçının iddiasına görə, əvvəllər İsraillə onun opponentləri arasında münaqişə qızışanda “vəziyyəti hamarlamaq” üçün Vaşinqton Təl-Əvivn yaxın qonşuları ilə “xəlvəti” işə başlayırdı, lakin XHƏ-nin başlaması ilə hər şey dəyişdi.

“XHƏ ABŞ-nin Yaxın Şərqdə dominantlıq etdiyi köhnə dünya nizamını tamamilə dağıtdı. Onda vəziyyəti hamaralamaq, qətlləri dayandırmaq və düşmənçilik edən tərəfləri ayırmaq üçün İordaniya, Misir və Səudiyyə Ərəbistanı ilə “xəlvəti” şəkildə işləyirdi. İndi isə hər şey başqa cürdür”, - Conson deyib.

Consonun fikrincə, hazırda Yaxşı Şərq ölkələrinin ən yaxşı halda ABŞ-nin müdaxilə cəhdlərinə məhəl qoymadığını, pis halda isə onların ərazisindən “rədd olmasını” tələb edirlər.

Sahil İsgəndərov
AzVision.az






Teqlər: ABŞ   Conson  





Xəbər lenti