İmran Xan dövlət sirrini yaymaqda ittiham olunur

   İmran Xan dövlət sirrini yaymaqda ittiham olunur
  23 Oktyabr 2023    Oxunub:1169
Pakistanın keçmiş baş naziri İmran Xana qarşı yeni ittiham irəli sürülüb . O, dövlət sirlərini açıqlamaqda günahlandırılır. Oxşar ittihamlar Təhrik-i İnsaf partiyasının sədr müavini Şah Mahmud Qureşiyə qarşı irəli sürülüb.
Müstəntiqlərin məlumatına görə, İmran Xan və ətrafı 2022-ci ilin əvvəlində Pakistanın Vaşinqtondakı səfirinin İslamabada göndərdiyi gizli teleqramın məzmununu icazəsiz şəxslərə açıqlayıb.

Bu teleqramda Ağ Evin İmran Xanın Ukrayna ilə bağlı mövqeyindən narazı olduğu və onun vəzifədən uzaqlaşdırılması üçün səy göstərəcəyi bildirilirdi. İstintaq israr edir ki, Xan təkcə bu teleqramın məzmununu icazəsiz şəxslərə açıqlamayıb, həm də öz gizli niyyətlərinə və şəxsi mənfəətlərinə nail olmaq üçün faktları təhrif edib.

Bundan əlavə, 2022-ci ilin aprelində baş nazirlikdən istefa verən Xanın gizli sənədin surətini qanunsuz olaraq saxladığı bildirilir.

Pakistanın rəsmi məxfilik qanunlarına görə, belə bir cinayətdə təqsirli bilinən şəxs iki ildən 14 ilə qədər həbs və ya hətta ölümlə cəzalandırıla bilər.

İmran Xan və Şah Mahmud Qureşi özlərini təqsirli bilmirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti