Alla Puqqaçova müharibəyə görə İsraili tərk etdi

Alla Puqqaçova müharibəyə görə İsraili tərk etdi
  23 Oktyabr 2023    Oxunub:1022
Rusiyanın məşhur estrada müğənnisi Alla Puqaçova Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsraili tərk edərək Kiprə gedib.
O, övladları Liza və Harrini də özüylə aparıb.AzVision.az xəbər verir ki, bu barədə KP.RU məlumat yayıb.

Vətənindən incik düşən Puqaçova Moskvaya qayıtdı
Qeyd edək ki, Puqaçova əri Maksim Qalkinlə bir ildən çoxdur ki, İsrailə köçüb. Onlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etirazları ilə diqqət çəkirlər.
Məşhur ailə Herzliya şəhərindəki elit malikanədə yaşayırdı.

Amma vəziyyətin gərginləşməsini görən müğənni özünün Kipr pasportundan istifadə etmək qərarına gəlib. Sənətçi 2017-ci ildə Kiprdə villa aldıqdan sonra Kipr vətəndaşlığını alıb. Nəşr yazır ki, onlar qarşıdakı ili Kiprdə keçirməyi planlaşdırırlar.

Qalkinin ailəyə qoşulub-qoşulmaması barədə məlumat verilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Kipr  





Xəbər lenti