CNN: Qəzzada həkimlər anesteziyasız əməliyyat edirlər

      CNN:    Qəzzada həkimlər anesteziyasız əməliyyat edirlər
  23 Oktyabr 2023    Oxunub:946
Qəzza zolağında həkimlər bölgədə ciddi dərman qıtlığı olduğu üçün vətəndaşları narkoz vermədən əməliyyat etməyə məcbur olublar. Bu barədə Sərhədsiz Həkimlər beynəlxalq humanitar təşkilatının missiyasının rəhbəri Leo Kans danışıb.
“Təəssüf ki, yaralananlar arasında çoxlu uşaq var. Həkimlərimizdən biri ilə danışdım, o, bədən səthinin 60% yanıqları olan 10 yaşlı xəstəni qəbul etmişdi, ancaq ağrıkəsicisi yox idi.

Həmçinin, MSF rəhbərinin sözlərinə görə, Qəzzada təkcə anesteziya dərmanları deyil, həm də ilk yardım dəstləri və cərrahi dəstlər çatışmazlığı var.

Kans qeyd edib ki, mülki şəxslərin kritik dərmanlara çıxışını əngəlləmək üçün heç bir səbəb olmamalıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti