İsrail ordusu 500-ə yaxın HƏMAS fəalını saxlayıb

   İsrail ordusu 500-ə yaxın HƏMAS fəalını saxlayıb
  23 Oktyabr 2023    Oxunub:1055
İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilindəki zolağında hökmranlıq edən radikal HƏMAS hərəkatının 500-ə yaxın fəalını saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Hərbi əməliyyatların başlanmasından [7 oktyabr] bu günə kimi İordan çayının qərb sahilində keçirilən antiterror reydləri zamanı axtarışda olan 800-dən çox şəxs saxlanılıb, onlardan 500-ə yaxını HƏMAS terror təşkilatı ilə əlaqəlidir”, - deyə məlumatda bildirilir.

Hərbçilər əlavə ediblər ki, oktyabrın 23-nə keçən gecə “İudeya və Samariyada terrorizmə qarşı mübarizə və silahların müsadirə edilməsi üzrə genişmiqyaslı əməliyyat zamanı axtarışda olan 64 nəfər saxlanılıb, onlardan 37-si HƏMAS terror təşkilatının tərəfdarıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti