Narkoterapevtlər İranın Səhiyyə nazirliyinin qarşısında etiraz aksiyası keçirib - VİDEO

Narkoterapevtlər İranın Səhiyyə nazirliyinin qarşısında etiraz aksiyası keçirib -    VİDEO
  23 Oktyabr 2023    Oxunub:979
İranın Səhiyyə nazirliyinin fəaliyyətindən narazı olan yüzlərlə narkoterapevt Tehranda nazirliyin binası qarşısına toplaşaraq etiraz aksiyası keçirib.
AzVision.az “Mehr” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ən azı 1200 nəfər tibb işçisi “Səhiyyə nazirliyinin Narkotiklərlə Mübarizə Baş idarəsi, parlamentin Səhiyyə Komissiyası və Tibb Sistemi təşkilatı ilə bağlanmış müqavilələrə məhəl qoymamasına” etiraz olaraq toplaşıblar.

Etirazın Səhiyyə nazirliyinin narkomaniya mərkəzlərinin bağlanaraq apteklərə təhvil verilməsi ilə bağlı baş verdiyi bildirilir.

Tehran Narkomaniya terapevtləri dərnəyinin İdarə heyətinin rəhbəri Fərhad Gəştasəbi Səhiyyə nazirliyinin narkomaniyanın müalicə mərkəzləri ilə bağlı fəaliyyətinin pasiyentlərin əziyyət çəkməsinə səbəb olduğunu vurğulayıb.


AzVision.az


Teqlər: İran   narkoterapevtlər  





Xəbər lenti