Türkiyədə qaz qovşağı yol xəritəsinin icrasına ilin sonunda başlanıla bilər

   Türkiyədə qaz qovşağı yol xəritəsinin icrasına ilin sonunda başlanıla bilər
  24 Oktyabr 2023    Oxunub:841
Türkiyə ərazisində beynəlxalq qaz qovşağının yaradılmasına dair yol xəritəsinin icrasına ilin sonuna qədər başlana bilər.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a Türkiyənin diplomatik dairələrindəki mənbə məlumat verib.

Mənbənin qeyd etdiyinə görə, Türkiyənin Energetika Nazirliyi ilə "Qazprom" arasında layihənin həyata keçirilməsi üçün konkret addımlar atmağa imkan verəcək yol xəritəsinin razılaşdırılması və imzalanması barədə razılıq əldə olunub. "Bu, bu ilin sonuna qədər baş verə bilər".

Qeyd edək ki/, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar oktyabr ayında Moskvada keçirilən Rusiya Enerji Həftəsində Türkiyə ərazisində beynəlxalq qaz qovşağının yaradılmasını müzakirə ediblər. Danışıqlardan sonra onlar yaxın vaxtlarda layihənin yol xəritəsinin imzalanacağına ümidvar olduqlarını bildiriblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti