"HƏMAS hər israilli əsir üçün 10 min dollar pul və ev vəd edib" - KİV

   "HƏMAS hər israilli əsir üçün 10 min dollar pul və ev vəd edib" -    KİV
  24 Oktyabr 2023    Oxunub:1155
Oktyabrın 7-də Qəzza zolağından İsrailə silahlı müdaxilə zamanı ələ keçirilən hər girov üçün HƏMAS hərəkatının yaraqlılarına 10 min dollar pul mükafatı və mənzil vəd edilib.
AzVision.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Qəzetin yazır ki, İsrail Baş Təhlükəsizlik Xidməti və polis hücumda iştirak edən altı HƏMAS yaraqlısını dindirib. Nəticədə dindirilmənin ayrı-ayrı fraqmentlərinin yer aldığı videoyazı dərc edilib. Nəşrin məlumatına görə, yaraqlılardan biri Qəzzaya girov gətirənlərə 10 min dollar və mənzil vəd edildiyini bildirib.

“The Jerusalem Post” yaraqlıların müxtəlif təcrübələrə malik olduğunu qeyd edir. Qəzetin yazdığına görə, İsrail hərbçiləri bütün yaraqlılara mülki şəxsləri, o cümlədən qocaları, həmçinin qadınları və uşaqları öldürmək və qaçırmaq üçün aydın göstərişlər verildiyini aşkar ediblər. Materialda deyilir ki,aldıqları təlimata əsasən, onlar şəhərləri tutmalı, yerli sakinləri öldürməli və ya qaçırmalı, sonra isə öz mövqelərini tutmalı idilər.

Nəşrin məlumatına görə, silahlılar dinc sakinləri sığınacaqlarını tərk etməyə məcbur etmək üçün tüstüdən istifadə etdiklərini, ev heyvanlarını güllələdiklərini, insanlardan canlı qalxan kimi istifadə etdiklərini bildiriblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti