"Bağışlayın, getməliyəm" - Bayden çıxışını yarımçıq kəsdi

      "Bağışlayın, getməliyəm"    - Bayden çıxışını yarımçıq kəsdi
  24 Oktyabr 2023    Oxunub:1206
ABŞ prezidenti Co Bayden İsrail-Həmas münaqişələrini dəyərləndirdiyi çıxışını yarımçıq dayandırmalı olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, prezident mətbuat konfransındakı çıxışında Qəzzada atəşkəs üçün ilk növbədə girovların azad edilməsi lazım olduğunu bildirib.
Lakin daha sonra xəbərdarlıq alan Bayden çıxışını yarımçıq kəsərək dəyərləndirmə otağına getməsi lazım olduğunu bildirib.

Bayden, “Mən vəziyyət otağına getməliyəm” deyərək Qəzzada atəşkəs üçün ilk növbədə girovların azad edilməsi lazım olduğunu bildirib. "Bir məsələ var, onu həll etməliyəm" deyə ABŞ prezidenti bildirib.

Baydenin çıxışını yarımçıq kəsməsinə səbəb kimi Suriyadakı ABŞ bazalarına hücum olması iddiası göstərilib. Lakin Ağ Evdən heç bir açıqlama verilməyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti