ABŞ-da 158 avtomobil toqquşub, 7 nəfər ölüb - VİDEO

ABŞ-da 158 avtomobil toqquşub, 7 nəfər ölüb    - VİDEO
  24 Oktyabr 2023    Oxunub:1016
ABŞ-da dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
Yerli medianın yaydığı məlumata görə Luiziana ştatının Nyu Orlean yaxınlığında olan genişmiqyaslı avtomobil qəzası nəticəsində azı 7 nəfər ölüb, 25 nəfər yaralanıb.

Qeyd edilir ki, körpüdə 158 avtomobil toqquşub, bir neçə maşın isə yanıb.
"Aidiyyəti qurumların əməkdaşları dağıntılar və qəzanı aradan qaldırırlar. İnsanlar hələ də sıxılmış avtomobillərdə qala bilərlər. Qəza zamanı avtomobillərdən biri körpüdən çaya düşsə də, sürücü ölümdən qaça bilib", - məqalədə yazılıb.
Qeyd olunur ki, kütləvi qəzaya səbəb qatı duman olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti