İranda vətəndaş cəmiyyəti fəalı Məryəm Əbdi həbs edilib

İranda vətəndaş cəmiyyəti fəalı Məryəm Əbdi həbs edilib
  24 Oktyabr 2023    Oxunub:883
İran hökumətinin müxalif fikirli vətəndaşlara qarşı repressiya siyasətinin növbəti hədəfi öz evində həbs edilən vətəndaş fəalı Məryəm Əbdi olub.
AzVision.az “HəmMihən” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, Kəşfiyyat nazirliyinin əməkdaşları tərəfindən həbs edilən xanım Əbdinin elektron cihazları da müsadirə olunub.

Xanım Əbdinin həbsinin səbəbi hələlik rəsmən açıqlanmasa da, “Telegram” kanalı bunun etirazçı müğənni Mehdi Yərrahinin işi ilə bağlı olduğunu iddi edib.

Qeyd edək ki, ötən il ümumxalq etirazları zamanı bir neçə mahnı buraxan və sosial şəbəkələrdə aktiv olan Mehdi Yərrahi bu il “Rusərito (sənin hicabın)” mahnısının ifasından sonra həbs edilib. Ötən həftə isə Yərrahi Evin həbsxanasından zaminə buraxılıb.
AzVision.az


Teqlər: İran   həbslər  





Xəbər lenti