Mitsubishi Çində avtomobil istehsalını dayandıracaq

Mitsubishi Çində avtomobil istehsalını dayandıracaq
  24 Oktyabr 2023    Oxunub:744
Mitsubishi Motors Çində avtomobil istehsalını dayandıracaq. Yaponiya şirkəti bu qərarı direktorlar şurasının iclasından sonra verib.
Mitsubishi Çin şirkəti Guangzhou Automobile Group (GAC Group) ilə birgə müəssisəsini tərk edəcək. Mitsubishi-nin birgə müəssisədəki payı GAC-a keçəcək və şirkətlər müştərilərə satış sonrası xidmətlər göstərmək üçün əməkdaşlığı davam etdirəcəklər.

2024-cü il martın 31-də başa çatan maliyyə ili üçün konsolidə edilmiş maliyyə hesabatlarına əsasən, Yaponiya avtomobil istehsalçısının itkisi 24,3 milyard yen təşkil edəcək.

Mitsubishi izah edib ki, son 2-3 ildə Çin avtomobil sənayesi çox dəyişib, elektrik avtomobillərinin populyarlığı gözləniləndən daha sürətlə artır. Şirkət 2022-ci ilin dekabrında yeni modeli təqdim edərək satışları canlandırmağa çalışdı, lakin qrafikdən geri qalmağa davam etdi və struktur islahatları həyata keçirmək qərarına gəlməzdən əvvəl bu ilin martında istehsalı dayandırdı.

AzVision.az


Teqlər:





Xəbər lenti