İsrail girovlara görə Qəzzada quru əməliyyatından imtina edir?

   İsrail girovlara görə Qəzzada quru əməliyyatından imtina edir?
  24 Oktyabr 2023    Oxunub:815
İsrail girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün Qəzza zolağında quru əməliyyatını bir neçə gün təxirə salmaq niyyətindədir. Bu barədə Axios portalı adı açıqlanmayan İsrail rəsmilərinə istinadən xəbər verir.
“Həm İsrail, həm də ABŞ prezidenti Co Baydenin administrasiyası Qəzzadan girovları xilas etmək üçün hər cür səy göstərmək istəyir. HƏMAS çoxlu sayda insanı bir anda dəyişdirməyi təklif edərsə, təbii ki, buna cavab olaraq nəsə etməyə hazır olacağıq”, - portalın həmsöhbəti bildirib.

İsrail rəsmilərinin sözlərinə görə, İsrail hərbçiləri quru əməliyyatına başladıqdan sonra girovların azad edilməsi ilə bağlı razılaşma faktiki olaraq qeyri-mümkün olacaq.

Eyni zamanda, İsrail nümayəndələri vurğulayıblar ki, girovlar azad edilsə belə, yəhudi dövləti Qəzza zolağında quru əməliyyatı planlarından əl çəkməyəcək.

Bundan əvvəl İsrailin "Haaretz" qəzeti mənbəyə istinadən məlumat vermişdi ki, HƏMAS yanacaq müqabilində mülki girovları azad etmək variantını nəzərdən keçirir.

Öz növbəsində Amerika mediası Vaşinqtonun İsrailə təzyiq etdiyini, onu Qəzzada quru əməliyyatının başlanmasını təxirə salmağa və anklavda saxlanılan girovları azad etməyə çağırdığını yazıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti