Çinin müdafiə naziri işdən çıxarıldı
Li Şanfu Çin-Afrika Sülh və Təhlükəsizlik Forumunda çıxış etdiyi avqustun sonundan bəri ictimaiyyət arasında görünmür.
“The Wall Street Journal” sentyabrın 15-də iki amerikalı məmura istinadən yazmışdı ki, Li Şanfu korrupsiyada təqsirli bilinərək barəsində təhqiqat aparılır və çox güman ki, vəzifəsindən uzaqlaşdırılacaq.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: