“Lukoyl”un rəhbəri dünyasını dəyişib
Nekrasov 50 ilə yaxın neft-qaz sənayesində çalışıb.O, təmirçi kimi başlayıb və oradan əsas istehsal şirkəti "Lukoyl - Qərbi Sibir"in baş direktoru vəzifəsinə qədər yüksəlib.
Əmək nailiyyətlərinə görə IV dərəcəli “Vətənə xidmətə görə” və “Şərəf” ordenləri ilə təltif edilib.
Lukoyl Rusiyanın ən böyük neft şirkətlərindən biridir. Neft hasilatı baxımından ikinci yeri tutur. Şirkət Rusiyada dörd neft emalı zavodunu və böyük yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: