Putin infarkt keçirib ? - Rəsmi Kremldən açıqlama
Bildirilib ki, Putinin yataq otağından gələn səs-küy və düşmə səslərini eşidən iki mühafizəçi dərhal prezidentin yataq otağına daxil olub. Onun çarpayının və içərisində yemək və içkilər olan çevrilmiş stolun yanında yerdə uzandığını görüblər. Dərhal həkim çağırılıb.
Putinin iqamətgahında xüsusi təchiz olunmuş otağa köçürüldüyü, vəziyyətinin normallaşdığı və daimi həkim nəzarətində olduğu iddia edilib.
Məlumatda prezidentin onkoloji xəstə olduğu, səhhətinin pisləşdiyi və payızın sonuna qədər sağ qalmaq şansının aşağı olduğu da bildirilib. Həmçinin əlavə edilib ki, son vaxtlar Putinin dublyoru onun əvəzindən bütün rəsmi görüş və tədbirlərdə iştirak edir.
Kremlin sözçüsü Dmitri Peskov Putinin səhhətinin pis olması ilə bağlı iddiaları təkzib edib. Peskov Putinin yaxşı və sağlam olduğunu bildirib və onun oxşarından istifadə etməsi iddiasını “axmaqlıq” adlandırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: