İrəvanda narkotik ticarəti ilə məşğul olan qrupun 6 üzvü həbs edilib
Müəyyən edilib ki, V.X. 2019-cu ildə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən cinayətkar qrup yaradaraq ona rəhbərlik edib. Buraya daha 5 nəfər daxildir.
Şübhəlilərin ofisinə baxış zamanı narkotik vasitələri, habelə əsginaslar (187,7 min avro, 46,5 min ABŞ dolları), qızıl əşyalar, medallar, 9,5 milyon dram dəyərində qiymətli daşlar aşkar edilib.
Qeyd edilib ki, qrupun 6 üzvü həbs edilib və onlara qarşı ittiham irəli sürülərək iş məhkəməyə göndərilib.
AzVision.az
Teqlər: İrəvan