Stoltenberqdən NATO üzvlərinə çağırış: "Hərbi istehsalı artırın!"

Stoltenberqdən NATO üzvlərinə çağırış:    "Hərbi istehsalı artırın!"
  24 Oktyabr 2023    Oxunub:984
“Rusiyanın Ukraynaya qarşı müharibəsi NATO-ya üzv ölkələrin tədarükünü tükəndirib”.
Bunu İsveçdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq bu ölkənin Baş naziri Ulf Kristerssonla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, alyansa üzv ölkələr müdafiələrini təmin etmək üçün istehsalı artırmalıdırlar: “NATO ölkələrinin təhlükəsizliyi texnoloji üstünlüklərdən və müdafiə sənayesindən asılıdır. İstehsalın artırılması Ukraynanın ehtiyaclarını ödəmək və öz müdafiəmizi təmin etmək üçün lazımdır”.
AzVision.az



Teqlər:





Xəbər lenti