Polşa prezidenti ofisinin avtomobilində izləmə cihazı tapıldı
“Məlum olub ki, bu avtomobil içində izləmə cihazı ilə bir neçə aydır idarə edilmiş ola bilər. Avtomobil Ukraynaya səfərləri də daxil olmaqla, dəfələrlə prezidentin avtomobil karvanına daxil edilib”, - deyə o bildirib.
Məlumata görə, Dudanın özü bu avtomobildən istifadə etməyib. Bildirilir ki, cihaz bütün ofis maşınlarında partlayıcı əşyaların olub-olmaması yoxlanılarkən aşkar edilib.
Qeyd edək ki, Polşa prezidentinin avtomobil karvanına adətən üç avtomobil daxil edilir ki, onlardan birində dövlət başçısı, digər ikisində isə təhlükəsizlik əməkdaşları olurlar.
AzVision.az
Teqlər: Polşa