Qəzza sakinlərinə havadan elan atıldı: “Əsirlərdən məlumat verənə mükafat var!” - VİDEO

   Qəzza sakinlərinə havadan elan atıldı:    “Əsirlərdən məlumat verənə mükafat var!”    - VİDEO
  24 Oktyabr 2023    Oxunub:1063
İsrail ordusu blokadada olan Qəzza zolağına havadan üzərində elan olan vərəqələr atıb və sakinlərə çağırış edib.
Elanlarda əsirlərlə bağlı məlumat verənlərə təhlükəsizlik və pul mükafatı təklif edilib.

İsraillilər və digər millətlərdən olan əsirlər haqqında məlumat verməyə çağıran elanlarda telefon nömrələri və QR kodlar yer alıb.

Bu barədə İsrail ordusunun sosial media hesabında da paylaşım edilib.

“Əgər övladlarınız və özünüz üçün daha yaxşı gələcək istəyirsinizsə, bir yaxşılıq edin. Bölgənizdə olan əsirlər haqqında dəqiq və faydalı məlumatlar verin. İsrail ordusu sizin təhlükəsizliyiniz və evinizin rifahı üçün əlindən gələn hər şeyi edəcək. Eyni zamanda sizə pul mükafatı da təqdim edəcək”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, İsrail ordusu daha əvvəl də mülki əhaliyə havadan xəbərdarlıq elanları ataraq Qəzza zolağının şimalını tərk edərək cənuba köçmələrini istəmişdi.

AzVision.az



Teqlər: Qəzza  





Xəbər lenti