Blinken: "İrana qarşı cəld və qətiyyətlə hərəkətə hazırıq"

   Blinken:    "İrana qarşı cəld və qətiyyətlə hərəkətə hazırıq"
  24 Oktyabr 2023    Oxunub:898
“Birləşmiş Ştatlar lazım gələrsə, İrana qarşı “cəld və qəti” hərəkət etməyə hazırdır”.
Bu xəbərdarlığı ABŞ-nin dövlət katibi Antoni Blinken BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq münaqişə zonasında vəziyyətin gərginləşməsi ilə bağlı iclasında edib.

“Biz bunu ardıcıl olaraq digər kanallar vasitəsilə İran rəsmilərinə demişik: Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır, biz bu müharibənin genişlənməsini istəmirik. Lakin İran və ya onun vasitəsilə fəaliyyət göstərənlər hər hansı bir yerdə ABŞ personalına hücum edərsə, biz insanlarımızı, təhlükəsizliyimizi qoruyacağıq. Cəld və qətiyyətlə. Buna şübhəniz olmasın”, - ABŞ diplomatiyasının rəhbəri bildirib.
AzVision.az



Teqlər:





Xəbər lenti