Tuneldə 16 avtomobil toqquşdu, ölən və yaralananlar var

Tuneldə 16 avtomobil toqquşdu, ölən və yaralananlar var
  24 Oktyabr 2023    Oxunub:923
Tayvanın İlan qəzasında tuneldə 16 avtomobil toqquşub. Hadisə nəticəsində azı bir nəfər ölüb, 11 nəfər ağır yaralanıb.
Məlumata görə, insident yüksək sürətlə yük maşınının tunellə hərəkət edən avtomobil karvanına çırpılması zamanı baş verib. Bildirilir ki, yük maşınının sürəti təxminən 75 km/saat, tuneldə maksimum icazə verilən hərəkət sürəti isə 40 km/saat olub.

Hadisə ilə bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti