İsrail universitetlərində dərslər təxirə salındı

İsrail universitetlərində dərslər təxirə salındı
  25 Oktyabr 2023    Oxunub:867
İsrail universitetlərində dərslərin başlaması ehtiyatda olan hərbçilərin orduya səfərbər olunması səbəbindən ən azı dekabrın 3-nə qədər təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

İsrail universitetlərində payız semestri oktyabrın 15-də başlamalı idi, lakin noyabrın 5-nə qədər təxirə salınıb. Rektorlar komitəsinin bəyanatında deyilir: “Bütün universitetlərdə qış semestri ehtiyata çağırılanlar buraxılmağa başlayanda başlayacaq, lakin bu, 2023-cü il dekabrın 3-dən tez olmayacaq”.

Qeyd edək ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti