Nilufər Hamidi və İlahə Məhəmmədi haqqında hökmlər etirazla qarşılanıb

Nilufər Hamidi və İlahə Məhəmmədi haqqında hökmlər etirazla qarşılanıb
  25 Oktyabr 2023    Oxunub:867
Jurnalisrlər Nilufər Hamidi və İlahə Məhəmmədi üçün ağır həbs cəzasına qarşı çıxan bir qrup tələbə və hüquqşünas onlara münasibətdə irəli sürülən ittihamları rədd ediblər.
AzVision.az xəbər verir ki, Əllamə və Əmirkəbir Universitetlərinin bir qrup tələbəsi ayrı-ayrılıqda bəyanat yayaraq hökumətin bu iki jurnalisti həbs etməklə həqiqəti öz yalan hekayələri ikə əvəzləməyə çalışdığını bildirib.

“Biz bilirik ki, həqiqəti söyləmək və jurnalistika prinsiplərinə riayət etmək ittiham kimi müəyyən olunmayıb, amma məsələ bu yazılı və ya yazılmamış qaydaların arxasında onları diktə edən və həyata keçirən siyasi iradədədir. Hökumət İlahə və Nilufər kimi jurnalistləri həbs edərək, peşəsindən uzaqlaşdıraraq, gülünc işlərdə ittiham edərək, bu jurnalistlərin üzə çıxardıqları həqiqəti öz yalan hekayələri ilə əvəzləməyə çalışır”, - Əllamə Universiteti tələbələrinin bəyanatında deyilir.

Əmir Kəbir universitetinin Azadlıq dərnəyi də öz açıqlamasında bu iki jurnalistə “yalnız həqiqəti söyləmək cinayətinə görə” belə ağır cəzaların verildiyini bildirib. Bu tələbə dərnəyi öz bəyanatında din və iman iddiasında olan hökumətin işgəncə və haqsızlıqda az iş görmədiyini vurğulayaraq, Nilufər Hamidi və İlahə Məhəmmədi barəsində çıxarılan hökmləri “əsassız” adlandırıb.
AzVision.az


Teqlər: İran   jurnalistlər  





Xəbər lenti