Pentaqon: İran dəstəklədiyi qruplara birbaşa hücum əmri verməyib

   Pentaqon:    İran dəstəklədiyi qruplara birbaşa hücum əmri verməyib
  25 Oktyabr 2023    Oxunub:972
ABŞ İran tərəfinin Tehranın vasitəçi qruplarına regionda Amerika qüvvələrinə hücumu artırmaq üçün birbaşa əmr verdiyini müşahidə etməyib.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu ABŞ-nin Müdafiə nazirliyinin sözçüsü Pat Rayder belə bəyanatla çıxış edib.

“Biz İrandan onun dəstəyi altında olan qüvvələrə bu tip hücumu həyata keçirmək üçün bir əmr görməmişik. Biz görməmişik ki, məsələn, İran lideri bu qruplara “gedin və hücuma keçin” deyə əmr versin. Amma yenə də, Birləşmiş Ştatlar son nəticədə bu silahlı qruplaşmaları dəstəkləyən İranı bu hücumlara görə cavabdeh kimi tanıyır”, - Rayder deyib.

HƏMAS-ın İsrailə hücumunun başlamasından və İsrailin bu qruplaşmaya qarşı Qəzza zolağında əks-hücumundan sonra İranın İraq və Suriyada dəstəklədiyi qrupların Amerika qərargahına və hərbçilərinə qarşı hücumları artıb. Ötən həftə isə İraqda pilotsuz təyyarələrin hücumu nəticəsində bir neçə Amerika əsgəri yüngül xəsarət alıb.
AzVision.az


Teqlər: İran   Pentaqon  





Xəbər lenti