İran hökuməti proqnozlaşdırdığı gəlirləri götürə bilməyib

İran hökuməti proqnozlaşdırdığı gəlirləri götürə bilməyib
  25 Oktyabr 2023    Oxunub:966
Bu ilin ilk 7 ayında İranda hökumətin proqnozlaşdırılan gəlirlərinin yalnız təxminən 70%-i reallaşdırılıb ki, bu da ciddi büdcə kəsiri deməkdir.
AzVision.az xəbər verir ki, İranın Proqram və Büdcə təşkilatının rəhbəri Davud Mənzur keçirdiyi mətbuat konfransında hökumət həmçinin “gündəlik 1 milyon 500 min barrel neft ixracına” nail ola bilmədiyini söyləyib.

Proqram və Büdcə təşkilatının rəhbəri bu il üçün nəzərdə tutulan büdcənin “yerinə yetirilməməsi”nin səbəblərini açıqlayarkən yüksək rütbəli hökumət rəsmilərinin İranın neft ixracının 1,8 milyon barrel sərhədi keçməsi ilə bağlı açıqlamalarını təkzib edərək, neft ixracının həcminin büdcə qanununda nəzərdə tutulandan çox uzaq olduğunu vurğulayıb.

“Cari ilin büdcəsində neft gəlirlərinin 620 min tümən olacağı proqnozlaşdırılıb. Hesab olunurdu ki, biz nefti 80 dollar qiymətinə satıb, sutkada 1 milyon 500 min barrel ixrac edə bilərik. Lakin praktikada bu ilin əksər aylarında neftin satış qiyməti 80 dollardan aşağı olub. Həmçinin daxili bazarının tələbatına uyğun olaraq, xüsusən də neft məhsullarının istehlakının artdığını müşahidə etdiyimiz yay aylarında, gündəlik neft ixracı 1 milyon 500 min barreldən az olduğundan büdcə qanununda müəyyən edilmiş “neft gəlirləri” baş tutmayıb”, Mənzur deyib.

Məmurun izahına görə, bu ilin 7 ayından sonra 104 min milyard tümən müəyyən edilmiş “Aktivlərin təhvil verilməsindən və aktivlərin istehsalından əldə edilən gəlir” həyata keçirilməyib. Buna görə də ilk 7 ayda təhvil və istehsaldan proqnozlaşdırılan 104 min milyard tümən gəlirin əvəzinə cəmi 94 min milyard tümən təşkil edib.
AzVision.az


Teqlər: İran   gəlirlər  





Xəbər lenti