Caved Rəhman: İranda daha geniş insan haqları problemlərindən narahatam

      Caved Rəhman:    İranda daha geniş insan haqları problemlərindən narahatam
  25 Oktyabr 2023    Oxunub:885
BMT-nin İrandakı İnsan Haqları üzrə Xüsusi məruzəçisi bildirib ki, İranda vətəndaş iştirakı hüququndan istifadə etməyə çalışan insanların vəziyyətinin pisləşməsi və daha geniş insan haqları məsələləri narahatlıq doğurur.
AzVision.az xəbər verir ki, BMT Baş Assambleyasına təqdim etdiyi hesabatda Caved Rəhman vəkilləri, hüquq müdafiəçilərini və ifadə azadlığı hüququndan istifadə edən bütün insanları hədəfə alan İran hökumətinin çoxlu sayda həbs, edam və özbaşına qətllər həyata keçirdiyini vurğulayıb.
İranda qadın hüquqlarının vəziyyətindən narahatlığını bildirən Rəhman, məcburi hicaba qarşı çıxan həm kişi, həm də qadınların həbs olunduğunu və uzun müddətə azadlıqdan məhrum edildiyini açqılayıb.

“İranlı qadınlar və qızlar gender aparteidinə və ayrıseçkiliyə məruz qalırlar və etnik azlıqlar sistematik ayrı-seçkilik və təqiblərlə üzləşirlər, çünki onlar dialoq və ya demokratik islahatlar üçün bütün platformalardan kənarda qalıblar. İranda qanunlar siyasi cəhətdən hazırlanmış meyarlara və ya hökumət ideologiyasının tətbiqinə tabedir. Əsas azadlıqlar qanunla təmin olunmayana qədər insan haqlarının pozulması nümunəsi dəyişməyəcək”, - Rəhman deyib.

2018-ci ilin yayından BMT-nin İranda İnsan Haqları üzrə xüsusi məruzəçisi təyin edilən cənab Rəhman öz hesabatlarında ölkədə insan haqlarının geniş şəkildə pozulmasına dəfələrlə diqqət çəkib.

İran isə həmişə bu xəbərləri “siyasi” yönümün nəticəsi kimi qələmə verərək, onun qaldırdığı bütün problemləri təkzib edib.
AzVision.az


Teqlər: İran   Rəman  





Xəbər lenti