Amnesty International: Jurnalistika cinayət deyil, Nilufər və İlahə azad edilməlidir

   Amnesty International:    Jurnalistika cinayət deyil, Nilufər və İlahə azad edilməlidir
  25 Oktyabr 2023    Oxunub:958
Beynəlxalq Amnistiya təşkilatı öz bəyanatında Nilufər Hamidi və İlahə Məhəmmədi üçün ağır cəzaların verilməsinə etiraz edərək, “jurnalistikanın cinayət olmadığını” bildirib.
AzVision.az xəbər verir ki, təşkilat “X” sosial şəbəkəsində həbsdə olan bu jurnalislərtin dərhal azadlığa buraxılmasını tələb edib.

Beynəlxalq İnsan Haqları təşkilatı Məhsa Əmininin ölüm xəbərinin işıqlandırılmasına görə məhkəmənin Nilufər Hamidi və İlahə Məhəmmədinin işinə baxması prosesinin “son dərəcə ədalətsiz” olduğunu vurğulayıb.

Qurum Nilufər Hamidi və İlahə Məhəmmədiyə qarşı irəli ürülən “Amerikanın düşmən hökuməti ilə əməkdaşlıq”, “icma və ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək üçün sövdələşmə” və “rejimə qarşı təbliğat fəaliyyətində” ittihamları saxta və illüziya adlandırıb.

Bəyanatda, həmçinin Nilufər Hamidinin və İlahə Məhəmmədinin həbs olunduqdan sonra səkkiz ay ərzində ədalətli məhkəmə araşdırması hüququndan məhrum edildikləri, seçilmiş vəkillərlə görüşə buraxılmadıqları və məhkəməyə yalnız bir gün qalmış onlara vəkilləri ilə görüşə icazə verildiyi vurğulanır.

ABŞ hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abram Pili isə peşəkar jurnalist fəaliyyətinə görə həbsi həqiqətdən qorxmaq kimi qiymətləndirib.

“Nilufər Hamidi və İlahə Məhəmmədi heç vaxt həbs edilməməli idilər və biz onlara həbs cəzası verilməsini pisləyirik. İran hökuməti həqiqətdən qorxduğu üçün jurnalistləri həbs edir” , - Pili deyib.
AzVision.az


Teqlər: İran   jurnalistlər  





Xəbər lenti