Polşa Belarus və Rusiya ilə sərhəddə hərbi təlimlər keçirəcək

Polşa Belarus və Rusiya ilə sərhəddə hərbi təlimlər keçirəcək
  25 Oktyabr 2023    Oxunub:778
Polşa Belarus və Rusiya ilə sərhəd yaxınlığında hərbi təlimlər keçirəcək.
Belə ki, oktyabrın sonu, noyabrın əvvəlində qoşunların “ZUBR-23” adlı taktiki təlimləri keçiriləcək. Təlimlər cümə axşamı (26 oktyabr - Qeyd) başlayacaq, aktiv mərhələsi bazar gününə qədər davam edəcək. Buna görə də hərbçilər xəbərdarlıq edib ki, Podlaski, Masovyan, Lyublin və Varm-Masuriya ərazilərindəki yollarda, şəhərlərdə və meşələrdə qoşunların və hərbi texnikanın hərəkəti gözlənilir.

Hərbçilər qeyd ediblər ki, təlimlər Polşanın şərq sərhədi boyunca təhlükəsizliyin yaxşılaşdırılması və qoşunların ekstremal şəraitdə işləməyə hazırlanması məqsədilə keçirilir.

Polşa ordusunun Baş Komandanlığı sosial şəbəkələrdə qoşunların hərəkəti ilə bağlı məlumat və fotoşəkillərin dərc edilməməsini xahiş edib.

AzVision.az


Teqlər:





Xəbər lenti