Qazaxıstanda NATO mərkəzi açılacaq?

   Qazaxıstanda NATO mərkəzi açılacaq?
  25 Oktyabr 2023    Oxunub:940
Qazaxıstanda NATO-nun sülhməramlı mərkəzi açılmayıb.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a hökümətin mətbuat xidmətindən məlumat verilib.

Departamentdən bildiriblər ki, oktyabrın 23-də Almatıda ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rozenblyumun iştirakı ilə Qazaxıstan Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzinin yeni konfrans zalının rəsmi açılışı olub.

Bildirilib ki, bu mərkəz 2006-cı ildən ölkə silahlı qüvvələrinin sülhməramlı komponentinin inkişafı üçün nəzərdə tutulmuş təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti onu da vurğulayıb ki, bu mərkəz əlavə təhsil müəssisəsidir və onun əsas məqsədi BMT standartlarına uyğun olaraq sülhməramlı əməliyyatlarda iştirak etmək üçün hərbi və digər şəxsi heyətin dil hazırlığı və təlimi, habelə BMT missiyalarına yola düşməzdən əvvəl milli sülhməramlı kontingentlərin hazırlanmasıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti