Xankəndi partlayışında ölən 40-dan çox erməninin şəxsiyyəti müəyyən edilib

 Xankəndi partlayışında ölən 40-dan çox erməninin şəxsiyyəti müəyyən edilib
  25 Oktyabr 2023    Oxunub:869
Ermənistan sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaq anbarında baş vermiş partlayışda ölmüş 40-dan çox cəsədin kimliyini müəyyən edilib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə səhiyyə naziri Anahit Avanesyan məlumat verib.

O qeyd edib ki, ölənlərin cəsədlərinin tanınması işi aktiv mərhələdədir. Onların yaxınları prosesi sürətləndirmək üçün qan verirlər.

"Həmçinin partlayış nəticəsində yaralanan və ya döyüşlərdə xəsarət almış 150 xəstə müxtəlif tibb ocaqlarında müalicə olunur. Bildiyiniz kimi, 19 xəstə isə xaricdə müalicəsini davam etdirir”, – Avanesyan qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti