İrəvan sərhədlərin sovet xəritələri ilə qurulmasını istəyir?
Erməni nazir iddia edib ki, İrəvan sülh sazişi üçün danışıqları davam etdirməyə hazırdır.
Bu kontekstdə ərazi bütövlüyünün tanınması ilə yanaşı, sovet dövrünün Baş Qərargahının son xəritələri əsasında iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də iş aparılmalıdır.
“Biz həmçinin regional kommunikasiyaların suverenlik, yurisdiksiya və tərəflərin bərabərliyi prinsipi əsasında qurulmasında maraqlıyıq”, - Mirzoyan əlavə edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan