İraq İrandan bəzi kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub

İraq İrandan bəzi kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub
  25 Oktyabr 2023    Oxunub:999
Bu ilin birinci yarısında İranın İraqa əmtəə ixracatının 20%-i kənd təsərrüfatı məhsulları olsa da, Bağdad bəzi belə malların ölkəyə girişini qadağan edib.
AzVision.az İranın Ticarətin İnkişafı təşkilatının Qərbi Asiya məsələləri üzrə baş direktoru Fərzad Piltənin açıqladığı məlumata istinadən xəbər verir ki, İraqın Tehrandakı səfirliyinin kommersiya məsləhətləri şöbəsi pomidor, xiyar və qarpız kimi bəzi kənd təsərrüfatı məhsullarının və kartofun bu ölkəyə idxalının növbəti xəbərdarlığa qədər qadağan edildiyini bildirib.

Piltənin sözlərinə görə, bu qərar İraqın yerli istehsalını dəstəkləmək üçün verilib.

İranın Ticarət İnkişafı təşkilatının daha əvvəl dərc etdiyi məlumata görə, bu ilin birinci yarısında İraqa ixracın dəyəri 4,5 milyard dollara çatıb və İranın sənaye və kənd təsərrüfatı məhsullarının əsas istiqaməti məhz İraq olub.
AzVision.az



Teqlər: İran   İraq  





Xəbər lenti