İranın Mədəniyyət nazirliyi: "Məcburi hicaba qarşı çıxan aktrisalar filmlərə çəkilə bilməz"
“İRNA” dövlət xəbər agentliyinə müsahibəsində İlbeygi hicabı açan aktrisaların, onlar üçün mövcud məhdudiyyətlər səbəbindən filmlərdə rol ala bilməməsini vurğulayıb.
“Film sahibləri zərərçəkmiş vəziyyətinə düşməsin deyə, onların əvvəlki əsərləri tədricən nümayiş olunur. Çünki çoxlu kapital xərclənib. Amma bundan sonra yeni filmdə oynaya bilməzlər. Bəzi aktyorlar, aktrisalar və rejissorlar “Qadın, Həyat, Azadlıq” aksiyaları zamanı siyasi şərhlərinə görə, sadəcə, işdən kənarlaşdırılıblar. Rəhbərlik onların problemini həll etməyə və işləmək imkanı verməyə çalışır”, - məmur deyib.
Qeyd edək ki, iyun ayında Kino təşkilatının Qiymətləndirmə və Nəzarət direktoru kino camiəsinə ünvünladığı məktubda “hicab açan” aktrisalarla əməkdaşlıq edəcəkləri halda nümayiş lisenziyasının alınmasında problemlə üzləşəcəkləri ilə bağlı kinoprodüserləri hədələmişdi.
AzVision.az
Teqlər: İran aktrisalar