Ermənistanda Kanada səfirliyi açılıb

Ermənistanda Kanada səfirliyi açılıb
  25 Oktyabr 2023    Oxunub:1323
Ermənistanda Kanada səfirliyi açılıb.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, açılış mərasimində xarici işlər naziri Ararat Mirzoyan və İrəvanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli iştirak ediblər.

Kanada daha əvvəl Moskvadakı səfirliyi vasitəsilə Ermənistanla diplomatik əlaqələr saxlayırdı. Ermənistanda Kanadanın konsulluğu olsa da, ölkəsinin vətəndaşlarına məhdud xidmətlər göstərib.

Xatırladaq ki, bir müddət əvvəl yeni səfir E.Törner etimadnaməsini Ermənistan prezidenti Vaaqn Xaçaturyana təqdim edib.

AzVision.az


Teqlər:





Xəbər lenti